AZ

İordaniyada sentyabrın 10-da ümumi seçkilər keçiriləcək

İordaniyada parlament seçkilərinin sentyabrın 10-da keçiriləcəyi açıqlanıb.

525.az xarici mediaya əsasən xəbər verir ki, İordaniya Kral Məhkəməsi Konstitusiyanın 34-cü maddəsinə uyğun olaraq seçkilərin keçirilməsi haqqında fərman verib.

Fərmanın verilməsi ilə eyni vaxtda İordaniya Kralı Abdullah da ölkədəki Seçki Şurasını ziyarət edib.

Kral Abdullah mövzu ilə bağlı verdiyi açıqlamada: "İordaniya parlament işində yeni mərhələnin başlanğıcını göstərən siyasi modernləşmə prosesində mühüm bir mərhələ ilə qarşı-qarşıyadır", - deyib.

Müstəqil Seçki Şurasının bəyanatında parlament seçkilərinin sentyabrın 10-da keçiriləcəyi qeyd olunub.

Seçki Şurasının sədri Musa əl-Muayta ölkədə 5 milyondan çox seçicinin səs verməsi üçün 1600 seçki mərkəzinin müəyyən edildiyini və 19 əsas seçki komissiyası ilə iş aparılacağını bildirib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Seçilən
321
47
525.az

10Mənbələr