AZ

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı – SU QİYMƏTİNƏ…

Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur.

Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında “liderlərdən” olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.

Bəs Xırdalanda evlərin kütləvi formata satılmasının əsas səbəbi nədir?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Xırdalandakı vəziyyət tıxac və digər faktorlardan daha çox evlərin sənədsiz olması ilə bağlıdır:

“Ümumən deyə bilərəm ki, xüsusilə Xırdalan üçün evlərin bu cür ucuz və kütləvi satışı sırf tıxacla bağlı deyil. Bir müddət öncəyə qədər sənədsiz evlərin sənədləşirilməsi ilə bağlı yenilik gözlənilirdi. Hazırda bu proses yubandı. Bu qərar hələki qəbul olunmur. Xırdalandakı tendensiya da bu nüanslarla bağlı ola bilər. Azərbaycanda əhalinin, xüsusən mənzil alan şəxslərin yanaşma tərzi tamamilə fərqlidir”.

Ekspert Azərbaycanda ev məsələsinə yanaşmanın xaricdən fərqli olduğunu vurğulayıb:

“Müşahidələr göstərir ki, Azərbaycanda insanlar mənzil alarkən komunal infrastruktura ən axırıncı məsələ kimi baxır. Bizdə evlərə yaşayış yeri kimi baxılmır. Məsələn, avropalılar evə belə baxırsa, bizdə mənzil sahibi olmaq demək olar ki, vacibiyyat və həyat tərzidir. Hətta bizdə evi olmayan oğlana qız vermirlər. Bu nöqteyi-nəzərdən insanlar ev məsələsinə ciddi yanaşdıqlarından, sənədsiz evlərini satıb, hökmən sənədləri qaydasında olan ev almaq istəyirlər. Bu təkcə Xırdalanda deyil, paytaxtın bir sıra fərqli ərazilərində də belədir”.

(Yenisabah)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17476
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12548
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10000
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4176
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3793
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3207
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3028
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2605
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2234
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2108
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1576
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1096
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
982
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
974
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
878
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777