AZ

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Naxçıvan, 27 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili şöbəsi “Obyektdə baş vermiş yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin keçirilməsində məqsəd hava limanında qəza şəraiti yarandığı halda Naxçıvan Beynəlxalq Hava Limanı ilə FHN arasında qarşılıqlı, yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, həmçinin təlimə cəlb olunan digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaq, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılmasıdır.

Təlim planına uyğun olaraq əvvəlcə tədris nöqtələri barədə məlumat verilib. Hаvа limanının idаrəеtmə оrqаnlаrı və mülki müdafiə qərargahı hаzır vəziyyətə gətirildikdən sonra yanğın təhlükəsizliyi və qəzа-xilаsеtmə kоmаndаsının fəаliyyətinin təşkili yоxlаnılıb. Sonra hava limanının yanğın təhlükəsizliyi komandasına yanacaq-sürtkü materialları anbarında şərti yanğının olması barədə məlumat verilib. Şəxsi heyət həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Naxçıvan Beynəlxalq Hava Limanı və FHN-nin yanğınsöndürmə texnikası və şəxsi heyəti tərəfindən şərti yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib. Yanğın ocağında xəsarət alanlara hava limanının səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Uğurla keçən təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanı və FHN-dən ümumilikdə 114 nəfər şəxsi heyət, idarəetmə və rabitə vasitələri, 6 yanğınsöndürmə avtomobili, 1 xüsusi təyinatlı texnika, 1 tibbi yardım avtomobili cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19229
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13156
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10429
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4907
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4840
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3634
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3390
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2853
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2561
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2226
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1683
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1175
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1067
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1050
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1027
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1016
Mayın ilk gününün havası açıqlanıb
962
Arda dubl etdi - VİDEO
853
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
828