AZ

Pakistanın hərbi təhsil üzrə nümayəndələri Azərbaycan Ordusundakı islahatlar haqda məlumatlandırılıb - FOTO

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının rəhbər heyəti və bir qrup dinləyicisi Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, nümayəndə heyətinə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan texnoloji yeniliklərdən danışılıb.

Pakistan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunduqdan sonra onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə hərbi təhsil ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
14
Mənbələr
Şərh ()
Bağla