AZ

Nə istəyirsiniz? Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

Sizə sual verirəm: nə istəyirsiniz? Yenə bizə aid olmayanları alaq, yenə də bizə hücum olunsun, övladlarınız həlak olsun?
Ednews xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşündə deyib.
“Bundan əvvəlki hakimiyyətlər sizi aldadıblar, sizə aid olmayanın sizin olduğunuza inandırıblar. 21-ci əsrdə yaşayırıq, sərhədlər var, biz buna uyğun yaşamalıyıq, bu istiqamətdə sülhə doğru addım atmalıyıq.
Yetər artıq - qan tökülməsinə, ölümlərə, itkilərə son deməliyik, Qafqazı daimi sülh, rifah və əməkdaşlıq regionuna çevirməliyik”, - Paşinyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla