AZ

Dövlət Neft Fondunun böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi AÇIQLANDI

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cari ilin birinci rübü üzrə ən çox səhmlərinə sahib olduğu 5 şirkətlə (TOP-5 şirkət) bağlı məlumat verib.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib ki, bu ilin ilk rübündə TOP-5 şirkətlərin səhmləri üzrə ümumi məbləğ 1 milyard 742 milyon dollar təşkil edib.

- “Microsoft” (494 milyon ABŞ dolları)

- “Apple” (419 milyon ABŞ dolları)

- “NVIDIA” (371 milyon ABŞ dolları)

- “Amazon” (279 milyon ABŞ dolları)

- “Meta platforms” (179 milyon ABŞ dolları)

“Həmin səhmlərin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4 faiz, 3,4 faiz, 3 faiz, 2,3 faiz və 1,4 faiz təşkil edib”, - deyə fonddan bildirilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq