AZ

Səudiyyəli nazir Qəzzadan danışdı: Tam fəlakətdir!

Qəzza zolağındakı vəziyyət dünyadakı mövcud siyasi sistemin tam uğursuzluğunun göstəricisidir.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib.

"Bu vəziyyət açıq-aşkar humanitar fəlakətdir, eləcə də bu böhranla mübarizədə mövcud siyasi sistemin tam uğursuzluğudur. Mövcud vəziyyət artıq fəlakətlidir, lakin biz onun eksponensial genişlənməsi ilə üzləşirik", - deyə nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
2
axar.az

3Mənbələr