İsrail döyüş təyyarələri Rafahda mülki əhalinin yaşadığı evi vurdu- Ölən və yaralılar var
İsrail döyüş təyyarələri Rafahda mülki əhalinin yaşadığı evi vurub. Bu barədə Manset.az Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya istinadən xəbər verir. İlkin məlumata görə, hücumda 3-ü qadın olmaqla 4 nəfər ölüb. İsrail ordusunun bu gün Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 5-i uşaq, 10-u qadın olmaqla 25-ə yüksəlib. Digər tərəfdən, şahidlərdən alınan məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbindəki əkinçilik sahələrini və Zawayde bölgəsinin qərbindəki mülki yaşayış məntəqələrini bombalayıb. Jalə