AZ

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqladı

Bakı. Trend:

Bir çox ölkələrdə xüsusi tənzimləmə rejimi tətbiq edilir. Xüsusitənzimləmə rejimi maliyyə bazarlarında hüquqi şəxslər tərəfindəninnovativ xidmət və məhsulların məhdud çərçivədə və AzərbaycanMərkəzi Bankının nəzarəti altında sınaqdan keçirilməsinitənzimləyən qaydalar toplusudur.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının(AMB) Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisiSahib Həsənov bankın “Xüsusi tənzimləmə rejimi”nin təqdimatındadeyib.

O bildirib ki, əsas məqsəd innovativ məhsulların tətbiqi iləmaliyyə inklüzivliyinin artırılması, maliyyə sektorunda innovativməhsulların sınaqdan keçirilməsi, innovativ məhsulların tətbiqi iləbağlı risklərin nəzarət altında saxlanılması və tənzimləməçərçivəsinin bazar iştirakçıları ilə birgə formalaşdırılması üçünplatformanın yaradılmasından ibarətdir.

“Xüsusi tənzimləmə rejimi həmçinin yeni imkanlar təqdim edir.İnnovativ məhsulların bazara çıxma müddətinin azaldılması,investisiyaların cəlbi üçün imkanların yaradılması, innovativməhsullar üçün tənzimləmə maneələrinin aradan qaldırılması,komplayens xərclərinin azaldılması, sınaq nəticəsində normativhüquqi aktlarda ediləcək dəyişikliklərin müəyyən edilməsi, uğursuzlayihələr nəticəsində istehlakçılara olan təsirin azaldılması buimkanlara daxildir”, - deyə S.Həsənov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
az.trend.az

4Mənbələr