AZ

Sumqayıt Tibb Mərkəzinin direktoru qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində STM-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

 

Qəbulda 10 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.

 

Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
aztibb.az

4Mənbələr