AZ

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb - FOTO

Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva Vətənə dönüb.
Trend-in məlumatına görə, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.
Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.








Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
4
xalqcebhesi.az

10Mənbələr