AZ

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,25 faizə endirilməsi barədə qərar qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

 

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 0,25 faiz bəndi azaldılaraq 8,5 faizdən 8,25 faizə, aşağı həddi isə 6,25 faiz səviyyəsində saxlanlıb.


Bu qərar 2 may 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyun ayının 21-də açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
5
senzor.az

5Mənbələr