AZ

Arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır - Deputat

Bakı. Trend:

Qazaxıstan parlamenti tərəfindən birdəfəlik istifadə edilənsiqaretlərin qadağan edilməsi ilə bağlı qanun layihəsi qəbuledilib. Rusiyada da qanun təşəbbüsü deputatlar tərəfindən irəlisürülüb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasətkomitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyevdeyib.

Onun sözlərinə görə, bir çox hallarda belə siqaretlər zərərsiztütün məmulatı kimi təqdim edilir:

“Hesab edirəm ki, AQTA bu məsələ ilə bağlı ciddi işlər aparmalı,onun tərkibi haqqında maarifləndirici işlər görülməlidir. İdxaledilən siqaretlərlə bağlı tələblər qoyulmalıdır. Çünki onuntərkibində zərərli maddələr olmasaydı, bir çox dövlət bununla bağlıqərar qəbul etməzdi. Bu haqda düşünməliyik”.

E.Hacıyev qeyd edib ki, arağın istehsalı ilə bağlı keyfiyyətqaldırılmalıdır:

“Dünyada arağın istehsalında bir neçə növ spirtdən istifadəedilir. Burada bir çox şərtlər var. Rəqabət qabiliyyətli məhsulunistehsalı üçün yaxşı olardı ki, qanun layihəsində idxal ediləcəkspirtlərin növlərini də qeyd edərdik. Gələcəkdə yerliistehsalçıların istehsal etdikləri məhsulların keyfiyyətiniartırmaq üçün idxal ediləcək spirt növləri ilə bağlı şərtlərinqoyulması məqsədəuyğun olardı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
az.trend.az

3Mənbələr