AZ

Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilməyib

Ötən ay ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb.

Bu barədə Demokrat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasına icazə verilməyib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Bu elektronxidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=abroad

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
21
demokrat.az

10Mənbələr