AZ

ATU-nun rektoruna "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. O, Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

 

Nazir çıxışında Ulu Öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, Ümummilli Lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

 

O, 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib.

 

Daha sonra yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə elm və təhsil naziri tərəfindən medallar təqdim edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

 

Təltif edilənlər arasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
319
10
aztibb.az

10Mənbələr