AZ

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

Dövlət Gömrük Komitəsi (DGK) “Xaliq Faiqoğlu” MMC barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb. 

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 

485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Xaliq Faiqoğlu” MMC sərnişindaşıma sahəsində fəaliyyət göstərən tanınmış şirkətdir.

Hüseyn
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
7
Mənbələr
Şərh ()
Bağla