AZ

İtaliyalı deputat "duty free"dən ətir oğurladı

İtaliya parlamentinin deputatı və keçmiş nazir Pyero Fassino Romanın "Fiumicino" hava limanında "duty free"dən ətir oğurlamaqda şübhəli bilinir.

"Unikal" xəbər verir ki, bu barədə "Repubblica" qəzeti yazıb. 

Bildirilir ki, Roma yaxınlığındakı Civitavekkiia prokurorluğu Fassinonu şübhəli şəxs siyahısına daxil edib. Deputat aprelin 15-də cibində ətir bir mağazadan çıxarkən görüntülənib.

Müşahidə kameraları Fassinonun kassadan kənarda 100 avroluq ətiri pulnu ödəmədən götürərək mağazadan çıxdığını sübut edir. 

Oxşar hadisə Fassino ilə 2023-cü ilin dekabrında da yaşanıb. Onun çamadanından gizlətiyi ətir çıxıb. 

Siyasətçi baş verənləri anlaşılmazlıq kimi izah edib. Onun sözlərinə görə, telefon zəngi diqqətini yayındırıb və cibinə qadın ətri qoyub.

Fassino yeddi müddətə milli parlamentin üzvü olub. 2022-ci ilin payızında o, yenidən müxalif Demokrat Partiyasından deputat seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla