AZ

Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası aşkarlanıb

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması sahəsində tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyənləşdirilib.

Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 bıçaq və 14 balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barədə araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
22
ikisahil.az

10Mənbələr