AZ

Cəbhədə vəziyyət daha da pisləşə bilər

Rusiyanın hücumları nəticəsində cəbhədə vəziyyət daha da pisləşə bilər.

525.az “Report”-a istinadən  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Qərbin hərbi yardımının gecikdirilməsi fonunda Rusiya hərbi əməliyyatlarının effektivliyi artıb:

“Biz həqiqətlərlə üz-üzə gəlməli, Rusiyanın hərbi əməliyyatlarının effektivliyinin artdığını etiraf etməliyik”.

Nazir qeyd edib ki, Qərbin göndərdiyi yardımlar arasında fasilə müddəti çox uzundur: “Ukrayna əsgərləri artilleriya sursatının çatışmazlığından əziyyət çəkirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
8
525.az

8Mənbələr