AZ

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu

Bakı. Trend:

UNEC ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii SərvətlərNazirliyi arasındakı imzalanan əməkdaşlıq memorandumu çərçivəsindənazirliyin 13 nəfər əməkdaşı üçün keçirilən “Liderlik” üzrəMini-MBA sertifikat proqramı uğurla yekunlaşıb.

UNEC tərəfindən təşkil olunan 6 aylıq proqramda nazirliyinəməkdaşlarına liderlik və idarəetmə, komanda quruculuğu vətəşkilati davranışın formalaşdırılması mexanizmi, maliyyə və insanresurslarının effektiv idarəetmə üsulları, eyni zamanda müasirdövrün tələbləri və rəqəmsallaşma ilə inteqrasiya olunan təşkilatimədəniyyətin qurulması ilə bağlı təlimlər keçirilib.

Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalqproqramı üzrə kvalifikasiya sertifikatlarını qazanmış UNEC-inpeşəkar mütəxəssisləri tərəfindən aparılıb.

Sertifikatların təqdimat olunması mərasimində iştirak edənekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev,UNEC-in prorektoru dosent Fariz Əhmədov proqramın məzunlarınıtəbrik ediblər, onların əldə etdikləri bilik və bacarıqlarıngələcək fəaliyyətlərində mühüm rol oynayacağından əminlikləriniifadərə edərək, məzunlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra nazirliyin əməkdaşlarına sertifikatlar təqdimolunub.

ETSN-nin
ETSN-nin
ETSN-nin
ETSN-nin
ETSN-nin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
12
az.trend.az

10Mənbələr