AZ

Qırğızıstan XİN vətəndaşlarını Rusiyaya səfər etməməyə ÇAĞIRDI

Qırğızıstanın Xarici İşlər Nazirliyi mediada ölkə vətəndaşlarının guya Rusiyaya girişinə kütləvi şəkildə qadağa qoyulması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.

Bildirilib ki, nazirliyə belə müraciətlər daxil olmayıb.

“Rusiyaya səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlara Rusiya Federasiyasında əvvəllər tətbiq edilmiş təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edirik”, - deyə nazirlikdən qeyd edilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
10
bizim.media

10Mənbələr