AZ

Tacikistan və Azərbaycan konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb -FOTO

2 may 2024-cü il tarixində Düşənbədə Tacikistan Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti danışıqları baş tutub.

Aznews.az Tacikistan XİN-ə istinadən xəbər verir ki, tərəflərin nümayəndə heyətlərinə Tacikistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Sodik İmomi və Samir Şərifov rəhbərlik ediblər.

Görüşdə Tacikistan-Azərbaycan münasibətlərinin siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə aktual məsələlər ətraflı müzakirə olunub. Görüş zamanı Tacikistan-Azərbaycan təmaslarının məzmununun ən yüksək səviyyədə hazırlanmasına xüsusi diqqət yetirilib.

Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
aznews.az

5Mənbələr