AZ

Azərbaycanlı cütlük “Prezident Kuboku 2024”-də bürünc medal qazandı

Azərbaycan komandası Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medala sahib çıxıb.

Apasport.az xəbər verir ki, Qiyas Əhmədov - Vacib Babayev (2008-2009 təvəllüdlü) cütlüyü 3-cü yerə layiq görülüblər.

Onlar 500 metr məsafəyə kayak yarışında ən yaxşı 3-cü nəticəni göstəriblər.

Bu, Azərbaycan təmsilçilərinin 4-cü mükafatıdır. Milli üzvləri daha əvvəl qızıl, gümüş və bürünc medala yiyələniblər.

Qeyd edək ki, turnir mayın 3-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
10
apasport.az

10Mənbələr