AZ

Qadın mütəxəssis kişilərdən ibarət komandanın baş məşqçisi oldu

Almaniya üçüncü divizionunda mübarizə aparan "İnqolştadt" klubuda maraqlı təyinat gerçəkləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 32 yaşlı qadın mütəxəssis Sabrina Vittmann komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə təyin olunub.

Əvvəllər Vittmann gənclərdən ibarət komandalara rəhbərlik edib. Bundan əlavə, o, "İnqolştadt"da futbolun inkişafı şöbəsinin rəhbərliyinə cəlb olunub.

Xatırladaq ki, "İnqolştadt" Almaniya üçüncü divizionunda 35 turdan sonra 49 xal toplayıb və 11-ci pillədə qərarlaşır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
bizim.media

3Mənbələr