AZ

Yerdə güclü maqnit qasırğası başlayıb

Yerdəki maqnit qasırğasının gücü son saatlarda xeyli artaraq “G3” səviyyəsinə çatıb.

Demokrat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi mərkəzi məlumat yayıb.

Hazırda planet yüksək səviyyəli Günəş partlayışlarından sonra beş göstəricidən ibarət monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəli maqnit qasırğası yaşayır.

Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
7
demokrat.az

10Mənbələr