AZ

Heydər Əliyev Fondunun Rusiya layihələri

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun­da iştirak edən Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə gö­rüşüb. 
Görüşdə Azərbaycanın Ru­siya ilə müxtəlif platformalarda əməkdaşlığı müzakirə edilib. Bir çox sahələrdə, o cümlədən hu­manitar istiqamətdə sıx əlaqələ­rin qurulduğu qeyd olunub. 
Azərbaycanda 300-dən çox orta məktəbdə təhsilin rus dilində həyata keçirildiyi, Bakı Slavyan Universitetinin, Səməd Vurğun adına Azərbaycan Dövlət Akade­mik Rus Dram Teatrının fəaliyyət göstərdiyi bildirilib. O cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Se­çenov adına Birinci Moskva Döv­lət Tibb Universitetinin Bakı filial­larının fəaliyyəti vurğulanıb. 
Azərbaycanın Birinci vit­se-prezidenti Mehriban Əliye­vanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 20 illik fəaliy­yəti dövründə Azərbaycanda və ölkə hüdudlarından kənarda, həmçinin Rusiya Federasiya­sında humanitar sahədə həyata keçirdiyi uğurlu layihələr xatırla­nıb. Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı bərpa olunan “Azərbay­can” pavilyonunun fəaliyyəti, Fondun Rusiya nümayəndəliyi­nin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər qeyd edilib. 
Heydər Əliyev fondunun təş­kilatçılığı ilə may ayında Mosk­vada “Helikon-opera”da konsert proqramının təqdim olunacağı bildirilib.
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
17
xalqqazeti.az

10Mənbələr