AZ

ABŞ-də aksiyalar – Həbs olunanların sayı 2 mini keçib

ABŞ-də davam edən etirazlar fonunda Kaliforniya Universitetində daha 200 aksiya iştirakçı həbs olunub.

NOCOMMENT.az xəbər verir ki, bununla da aprelin ortalarından tələbələrin etiraz aksiyalarında həbs olunanların sayı 2 mini keçib.

Həbslər polisin düşərgələri boşaltmaqla bağlı tələbindən bir neçə saat sonra baş verib. Polis barrikadaları keçərək düşərgəyə daxil olub, etirazı dağıdıb. Ölkə prezidenti Co Bayden dinc nümayiş hüququnu müdafiə etsə də zorakılığı və dağıntıları pisləyib.

Onun sözlərinə görə binalara zərər vermək, pəncərələri sındırmaq dinc etiraz deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
4
nocomment.az

5Mənbələr