AZ

Adam Smit:“Ukrayna qalan əraziləri saxlamağa

AzVision.az Amerikalı demokrat-konqresmen Adam Smit münaqişənin həllinin Kiyev üçün ən məqbul nəticəsi barədə “Foreign Policy” jurnalının sualına cavab olaraq qalan ərazilərin qorunub-saxlanması üçün Ukraynanın zəruri potensialının yaradılmasının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, Kiyevin və ona kömək edən və dəstəkləyən 50-dən çox ölkədən ibarət ittifaqımızın, Ukraynanın sahib olduqlarını saxlamaq üçün kifayət qədər potensial yarada bilməsi realdır. Ukraynanın sağ qalmasının vacib hissəsi Qara dənizə çıxışı itirmədən və Kiyevi riskə atmadan sahib olduqlarını qoruyub-saxlamaqdır. ABŞ isə Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiya ilə birbaşa danışıqların yollarını tapmaqda daha “aqressiv” olmalıdır”, - Adam Smit deyib.

Qeyd edək ki, müharibənin dayandırılması üçün Moskva danışıqlara hazıər olduğunu dəfələrlə bildirsə də, rəsmi Kiyev qanunvericilik səviyyəsində buna qadağa qoyub. Son hadislər fonunda isə Kreml hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərti qəbul etməycəyini bildirir və əksinə öz şərt qoyur.

Moskva faktiki vəziyyət və yeni reallıqlar nəzərə alınmaq şərti ilə Ukraynada vəziyyətin dinc istiqamətə keçə biləcəyini vurğulayır. Yəni Moskva ən azı zəbt etdiyi Ukrayna ərazilərinin Rusiyanın tərkib hissəsi kimi tanınması qarşılığında sülh barədə danışıqlara başlamağın mümkün olması tələbini qoyur. Amma hətta Kiyevin hipotetik baxımdan belə bu şərti qəbul edəcəyi halda, Kremlin indi müharibəni dayandıracağı inandırıcı görünmür.

Əvvəla, ona görə ki, yaranmış əlverişli vəziyyətdən maksimum dərəcədə yararlanmağa çalışan Rusiya, ABŞ-nin və onun mütəfiqlərinin Kiyevə ayırdıqları hərbi yardım son təyinat nöqtəsinə çatana qədər Ukraynada daha çox ərazi tutmağa çalışır.

İkincisi, Moskva yarana biləcək müvəqqəti sülhdən Kiyevin və Qərbin Ukraynanı daha da gücləndirməyə və gələcək müharibəyə hazırlamağa istifadə edəcəyini düşünür. Əslində Kremlin belə yanaşma sərgiləməyə tam məntiqi əsası var ki, bunun da əsas günahı yenə də Qərbin özündədir. Belə ki, 2015-ci ilin fevralında Rusiya, Ukrayna, Fransa prezidentlərinin və Almaniya kanslerinin iştirakı ilə Minskdə keçiriən “Normand formatı” görüşündə Ukraynanın Donbass vilayətində vəziyyətin tənzimlənməsi üzrə Minsk-2 Sazişi imzalandı.

Lakin 2022-ci ilin dekabrında Almaniyanın o vaxtkı kansleri Angela Merkel və Fransanın sabiq prezidenti Fransua Olland bu sazişin əslində Ukraynanın yaranmış fasilədən istifadə edərək hərbi qüdrətini artırmaq məqsədi ilə imzalandığını açıqladılar. Başqa sözlə desək, onlar əvvəlcədən həmin sənəddə öz əksini tapan müddəaların Ukrayna tərəfindən yerinə yetirilməsinin mümkün olmadığını bilə-bilə siyasi-diplomatik fırıldaqçılığa əl atıblar. Sözsüz ki, bu etiraflardan sonra Kremlin məhz belə düşünməsi və bir də belə bataqlığa düşmək istəməməsi tam məntiqlidir.

Digər tərəfdən isə Moskvanın Ukraynada öz hədəflərinə çatmasının qarşısını almaq və Rusiyanı maksimum dərəcədə zəiflətmək üçün Qərb Kiyevi silahlandırmaqda davam edir ki, Kreml də belə siyasətin əslində müharibəni uzatmağa hesablandığını vurğulayır. Moskva bunun hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa imkan vermədiyini, habelə ciddi fəsadlar törədəcəyini iddia edir.

Ukraynaya hərbi yardımın ən fəal tərfdarlarından biri olan demokrat-konqresmen Adam Smitin “qalan ərazilərin qorunub-saxlanması”nın Ukrayna üçün müharibənin ən məqbul nəticəsi kimi qiymətləndirməsi də məhz bu reallıqdan irəli gəlir.

Sahil İsgəndərov
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33465
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23982
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18551
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11262
Helikopterin qalıqları tapılıb
10832
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6273
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5627
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2826
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2299
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2130