Yeni yol bu metrostansiyanın altından keçəcək? - Foto
Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına yeni avtomobil yolunun inşası nəzərdə tutulur və bununla bağlı artıq ilkin işlər icra olunmaqdadır.BUTA.TV xəbər verir ki, layihə ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, “City Garden Narimanov” yaşayış kompleksinin yaxınlığından keçəcək yol eyni zamanda “Bakmil” metrostansiyası ilə kəsişir. Belə ki, xəritə üzərində əks olunan layihədə bunu müşahidə etmək mümkündür.