AZ

“Qarabağ” Lunyovla danışıqlara başladı

Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”ı tərk etmək istəmir.

Bizim.Media xəbər verir ki, Ağdam klubu ilə qolkiperin meneceri arasında danışıqlar bərpa edilib.

“Qarabağ” 32 yaşlı qolkiperin maaşını artıracaq. O, komandaya gəldiyi vaxtdakından daha yüksək gəlir əldə edəcək. Lunyovun müqavilə müddəti yaxın vaxtlarda artırılacaq. Moskva “Torpedo”sunun yetirməsi olan təcrübəli futbolçu “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa”, “Zenit”, “Bayer”(Leverkuzen) klublarının qapısını qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
8
bizim.media

8Mənbələr