AZ

Everesti fəth etmək üçün icazələrin sayı azalacaq

Bakı. Trend:

Nepalda Ali Məhkəmə Everest zirvəsinə qalxmaq üçün verilənicazələrin sayını məhdudlaşdırmaq barədə qərar çıxarıb.

Trend xəbər verir ki, bu barədə yerli "Respublika" nəşri məlumatyayıb.

Məsələyə baxılmasına səbəb vəkil Dipak Bikrom Mişranın verdiyiərizə olub.

Məhkəmə icazələrin verilməsini azaltmaqla yanaşı, qurbanlarıntəcili təxliyəsi üçün təyyarəyə ehtiyac duyulduğu hallar istisnaolmaqla, baza düşərgələri ilə zirvə arasında səyahət etmək üçünvertolyotlardan istifadəni də qadağan edib. Bundan əlavə, indiEverestə qalxmaq istəyənlər ərizədə alpinistlər qrupunda neçənəfərin olacağını qeyd etməli və özləri ilə aparacaqları əşyalarınsiyahısını əlavə etməlidirlər.

Nepal Turizm Departamentinin məlumatına görə, 2023-cü ildə 478xarici ölkə vətəndaşına Everestə qalxmaq icazəsi verilib, onlardan287 nəfəri zirvəyə qalxa bilib. Daha 359 alpinist “Şerpa”bələdçilərinin köməyi ilə dağa qalxıb. Beləliklə, Yer kürəsinin ənyüksək zirvəsini ziyarət edənlərin ümumi sayı 646 nəfər olub.

Nepalın Ali Məhkəməsi öz qərarında ölkə üçün turizminəhəmiyyətini vurğulasa da, dağa dırmanmanın populyarlığınınEverestin ekologiyasını təhdid etdiyinə diqqət çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
1
az.trend.az

4Mənbələr