AZ

“Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı

Azərbaycan Premyer Liqasında 33-cü tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutucaq. Öncə “Kəpəz” Tovuzda “Zirə”ni qonaq edəcək. Görüş saat 16:30-da start götürəcək.

Daha sonra “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni qəbul edəcək. Azərbaycan derbisinin start fiti 19:30-da çalınacaq.

Qeyd edək ki, turun digər matçları mayın 5-i və 6-sı keçiriləcək.

Azərbaycan Premyer Liqası
33-cü tur
4 may

16:30 “Kəpəz” – “Sumqayıt”. 
Tovuz şəhər stadionu. Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı


19:30 “Qarabağ” – “Neftçi”. 
“Azersun Arena”. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
5
msport.az

6Mənbələr