AZ

COP29-a hazırlıq inklüziv prosesdir - Nazir

COP29-a hazırlıq inklüziv prosesdir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik toplantısı çərçivəsində "Transformasiyanı təmin etmək üçün iqlim dəyişikliyi ilə mübarizədə nəticələrin əldə edilməsi" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Hazırlıqlar davam edir. Bu, inklüziv prosesdir. Biz bütün tərəflərin iqlim maliyyəsinə daxil olmasını istəyirik. Burada banklar böyük rol oynayır. Azərbaycan vəsaitin mövcud olduğuna inanır. AİB bunda rol oynaya bilər.

Özəl sektorun iştirakı olmadan adaptasiya əldə edilə bilməz", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
olaylar.az

4Mənbələr