AZ

Sadiq Xan üçüncü dəfə London meri oldu


Böyük Britaniyanın Leyboristlər Partiyasının namizədi Sadiq Xan üçüncü dəfə London meri seçkilərində qalib gələrək təkrar seçkilərin sayına görə rekorda imza atıb.

News24.az Teleqraf.com-a  istinadən xəbər verir ki, bu barədə səslərin yekun hesablanmasından sonra məlum olub.

Ölkənin müxalifət partiyasının 53 yaşlı nümayəndəsi səslərin 43,7%-ni toplayıb. 800 mindən çox paytaxt sakini onun rəqibi, hakim Mühafizəkarlar Partiyasının namizədi Syuzan Holla səs verib ki, bu da bütün seçki iştirakçılarının 32,6%-ni təşkil edir.

London meri vəzifəsi yalnız 2000-ci ildə yaradılıb. Xandan əvvəl heç kim bu vəzifəni üç dəfə tuta bilməyib. Ken Livinqston 2000-2008-ci illərdə, Boris Conson 2008-2016-cı illərdə bələdiyyə sədri olub. 2016-cı ildə Xan Avropa paytaxtının meriyasına rəhbərlik edən ilk müsəlman olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
18
news24.az

10Mənbələr