AZ

"Qarabağ" aparıcı oyunçu ilə müqavilənin müddətini uzatdı

“Qarabağ” futbolçusu Bəhlul Mustafazadə ilə yeni müqavilə imzalayıb.

Klubdan Axar.az-a verilən məlumata görə, 27 yaşlı müdafiəçi ilə anlaşma müddəti daha 3 il uzadılıb.

Beləliklə, təcrübəli oyunçu 2027-ci ilin yayına qədər Ağdam klubunun formasını geyinəcək.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Bəhlul Mustafazadə "Qarabağ"a 2021-ci ilin yayında "Sabah" klubundan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
5
axar.az

6Mənbələr