AZ

“Arsenal” və “Mançester Siti” büdrəmədi

İngiltərə Premyer Liqasının 35-ci turu liderlərin qələbəsi ilə yadda qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Arsenal" və "Mançester Siti" öz meydanında 3 xal qazanıb.

London klubu "Bornmut"un qapısından 3 cavabsız top keçirib. Qələbə sayəsində 83 xal toplayan Mikael Artetanın komandası lider mövqeyini qoruyub.

"Şəhərlilər" isə "Vulverhempton"a 5:1 hesabı ilə qalib gəliblər. Erlinq Holand poker edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub. Ehtiyatda 1 oyunu olan "Mançester Siti" liderdən 1 xal geri qalır.

İngiltərə Premyer Liqası
35-ci tur
"Arsenal" - "Bornmut" - 3:0
"Brentford" - "Fulhem" - 0:0
"Bernli" - "Nyukasl" - 1:4
"Şeffild Yunayted" - "Nottingem Forest" - 1:3
"Mançester Siti" - "Vulverhempton" - 5:1

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
milli.az

2Mənbələr