AZ

Bərzani İrana səfər edəcək

İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani bu gün İrana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Bərzani İranın Ali Rəhbəri Seyid Əli Xamenei, İran Prezidenti İbrahim Rəisi və bir sıra digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.

Bərzani sonuncu dəfə 2021-ci ilin avqustunda Rəisinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
8
teleqraf.com

9Mənbələr