AZ

Rahilin komandası liqadan düşdü

Millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” Polşa Ekstraklasasında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda 31-ci turda “Şlask”ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Bu nəticədən sonra “LKS Lodz”un növbəti mövsüm aşağı liqada mübarizə aparacağı dəqiqləşib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
4
idmanxeber.az

8Mənbələr