AZ

Əli Kərimli İsa Qəmbərə söz vurdu: "Tofiq Yaqublunu..."

ABŞ-da yaşayan jurnalist Zaur Bayramlı sosial mediada maraqlı bir status paylaşıb.

AzNews.az həmin statusu təqdim edir.

Əli Kərimli öz aləmində guya İsa Qəmbərə söz vuraraq, status yazıb:

"Tofiq Yaqublunu həbsdə saxlamaq üçün hakimiyyətin artıq heç bir bəhanəsi də qalmayıb".

Diqqət edin: bunu İsa Qəmbər Müsavat Partiyasının başqanı seçildikdən dərhal sonra yazıb.

Yəni, guya ki, Tofiq Yaqublu azadlıqda olsaydı, Müsavatın başqanı seçiləcəkdi, amma hakimiyyət İsa Qəmbərin başqan olmasını istədiyi üçün Tofiqi həbsdə saxlayırdı. Artıq İsa Qəmbər seçildiyi üçün Tofiq Yaqublunu həbsdə saxlamaq üçün heç bir səbəb və ya bəhanə qalmayıb, onu buraxın.

indir.jpg

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
aznews.az

3Mənbələr