AZ

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

Bakı. Trend:

ABŞ-nin “SpaceX” kompaniyası Beynəlxalq Kosmik Stansiyaya (BKS),Aya, Marsa və Yerətrafı orbitə uçuşlar sifariş etmək üçünmüraciətlərin qəbuluna başlayıb. Müraciətlər kompaniyanın saytındaqəbul olunur.

Trend xəbər verir ki, uçuşlar iki kosmik gəmi “Dragon” və“Starship” vasitəsi ilə həyata keçiriləcək. “Dragon” kapsuluYerətrafı orbitə yeddi sərnişini çıxarmaq üçün nəzərdə tutulub.Kompaniyanın ən uğurlu layihələrindən biri hesab olunan “Dragon”ümumilikdə 46 dəfə fəzaya buraxılıb və 42 dəfə Beynəlxalq KosmikStansiyaya uçub.

Təkrar istifadə edilə bilən “Starship” isə çox sayda sərnişinivə yükü Yerətrafı orbitə, Aya və Marsa göndərmək üçün nəzərdətutulur. Kosmik gəmi hazırda sınaq mərhələsindədir və kosmosa cəmiüç uçuş həyata keçirib.

“SpaceX” kompaniyasının məlumatına görə, uçuş proqramının ilktəyinat nöqtəsi 2024-cü ilin sonuna planlaşdırılan Yerətrafı orbitolmalıdır. İki nəfərdən dörd nəfərədək sərnişinlə üç, yaxud altıgün davam edəcək səyahət Yerdən 290-480 kilometr məsafədə baştutacaq. Növbəti planlaşdırılan missiya 2025-ci ildə BKS-yə olacaq.On günlük səfər dörd sərnişinlə həyata keçiriləcək.

Aya missiyanın vaxtı isə hələ müəyyən edilməyib. Səfərin 12turistlə 7 gün davam edəcəyi və səyahətin təxminən 385 min kilometrməsafəyə uzanacağı gözlənilir. Marsa kommersiya uçuşları haqqındaməhdud məlumat olsa da, səyahətin sifarişi üçün konkret tarixyoxdur. Baş tutacağı təqdirdə sərnişinləri orta hesabla 225 milyonkilometrlik səyahət gözləyir.

Kosmik turların qiyməti hələ ki, məlum deyil, lakin “SpaceX”2022-ci ilin aprelində “Falcon 9” raketi ilə “Crew DragonEndeavour” kapsulunda BKS-yə səfərlər üçün bir biletin qiymətini 55milyon dollar müəyyən etmişdi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
az.trend.az

6Mənbələr