AZ

Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə doqquz medal qazanıblar

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər.

Oxu.Az Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rusiyanın Kazan şəhərində 4-5 may tarixlərində keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə iki qızıl, dörd gümüş, üç bürünc medal qazanıblar.

Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1 084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet komandası yarış mükafatları uğrunda yarışıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m və 50 m batterflyay üsulunda qızıl medal, Fatimə Alkərəmova isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar.

Yarışların ikinci günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki, Əbdürrəhman Rüstəmov 100 m batterflyay üsulunda 2-ci yer, 200 m qarışıq üsulda 2-ci yer, 200 m sərbəst üsulda 2-ci yeri qazanıb. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib.

Qeyd edək ki, xanım üzgüçümüz Fatimə Alkərəmova 200 m sərbəst üsulda 2-ci, 200 m qarışıq üsulda isə 3-cü yerə sahib olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
9
oxu.az

10Mənbələr