Bakı. Trend:
Nüfuzlu “FourFourTwo” nəşri dünyanın ən yaxşı stadionlarınınreytinq cədvəlini yeniləyib.
Trend xəbər verir ki, 100 arenanın yer aldığı siyahıda BakıOlimpiya Stadionu da var. 2015-ci ildə istifadəyə verilən arena41-ci pillədə qərarlaşıb.
Siyahıya Argentinada yerləşən " La Bombonera" stadionu başçılıqedir. İkinci sırada Braziliyanın "Marakana" stadionu yer alıb. İlk"üçlüy"ü isə Almaniyanın “Borussiya Dortmund” komandasınınmatçlarına ev sahibliyi edən "Siqnal İduna Park" tamamlayıb.
Qeyd edək ki, 69 870 tamaşaçı tutumuna malik Bakı OlimpiyaStadionu Azərbaycanın ən böyük arenasıdır.