AZ

Benzema “Real”ın bazasında

Kərim Benzema sabiq klubu “Real”ın bazasına qayıdıb.

Bu məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Bir müddət əvvəl ağır zədə alan “Əl-İttihad”ın fransalı hücumçusu müayinə üçün Madridə yollanıb. “Real” keçmiş oyunçusunun müayinəsinə köməklik göstərəcək. “Əl-İttihad” rəhbərliyi bu addımına görə “Real”a rəsmi şəkildə təşəkkür edib.

Benzemanın gələn həftə Səudiyyə Ərəbistanına qayıdacağı gözlənilir. Qeyd edək ki, 2023-cü ilin iyulunda “Əl-İttihad”a keçən Benzemanın klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
24
football-plus.az

10Mənbələr