AZ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri "Zeytin Dalı" və "Fırat Qalxanı" hərəkatları çərçivəsində 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "X" hesabında paylaşım edib.

"Terroristlərin hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Zeytin Dalı" və "Fırat Qalxanı" bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik", - paylaşımda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
17
milli.az

10Mənbələr