AZ

Taylandda həddindən artıq istilər 38 nəfərin həyatına son qoydu


Cənubi Asiya ölkəsi Tailandda fevral ayından bu yana istilər nəticəsində ən azı 38 nəfər ölüb.

7NEWS.az xəbər verir ki, mövsümi normalardan daha uzun yay mövsümü keçirən Taylandda istidən ölüm halları baş verib. Tayland Səhiyyə Nazirliyinin müavini Dr. Atthapol Kaewsamrit açıqlamasında fevralın 22-dən bəri ölkədə həddindən artıq istilər səbəbindən ən azı 38 nəfərin öldüyünü və hadisələrin əksəriyyətinin açıq havada işləyənlər, xəstəlikləri olan insanlar və yaşlılardan ibarət olduğunu bildirib. İsti dalğanın yay mövsümünün son günlərinə qədər təsirini davam etdirəcəyini bildirən Atthapol, Taylandlılara və ölkəyə gələn turistlərə bir həftə ərzində günorta saatlarında lazım olmadıqca çölə çıxmamaları və bol maye içmələri barədə xəbərdarlıq edib.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
7news.az

3Mənbələr