AZ

Super Liqa: “Fənərbaxça” Konyadan xal itkisi ilə qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Antalyaspor” – “Pendikspor” matçında qonaqlar qələbə qazanıblar.

Səfərdə “Konyaspor”la üz-üzə gələn “Fənərbaxça” isə bu görüşdə vacib xallar itirib.

Beləliklə, 35 turdan sonra 96 xalı olan “Qalatasaray” növbəti çempionluğun bir addımlığındadır. “Fənərbaxça” 90 xalla 2-ci pillədədir və əzəli rəqibini qabaqlaması möcüzə sayəsində mümkündür. İlk üçlüyü 58 xalı olan “Trabzonspor” qapayr. “Başakşəhər” 55 xalla 4-cü, “Beşiktaş” 54 xalla 5-cidir.

Türkiyə, Super Liqa
35-ci tur
3 may

Ankaragücü – Alanyaspor 1:1
Qollar: Xatsiyovanis, 10 – O.Aydın, 90+5-pen.

Beşiktaş – Rizəspor 3:2
Qollar: Kolli, 7. Raşiça, 65. Uorral, 90+7 – Olavoyin, 5. E.H.Topçu, 68.

4 may

İstanbulspor – Adana Dəmirspor 0:1
Qol: Y.Barasi, 10.

Kayserispor – Fatih Karagümrük 2:2
Qollar: Mane, 3. Morte, 64 – Fequli, 51. Markao, 60.

Samsunspor – Trabzonspor 3:1
Qollar: T.Antalyalı, 14. Marius, 28. X.Fernandes, 36-öz qapısına – Bardi, 32.

5 may

Başakşəhər – Kasımpaşa 4:1
Qollar: Pelkas, 15. Davidson, 24; 69. O.Kemen, 86 – Ben Uanes, 47.

Qalatasaray – Sivasspor 6:1
Qollar: Ziyeş, 11; 60. Mertens, 38; 73. İkardi, 59; 85 – C.Osmanpaşa, 54.

Qaziantep – Hatayspor 1:1
Qollar: Djilobodji, 11 – G.Kilama, 15.

6 may

Antalyaspor – Pendikspor 1:2
Qollar: Buksa, 13-pen – Tiam, 16. H.Akbunar, 45+6.

Konyaspor – Fənərbaxça 0:0

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
4
arena.az

7Mənbələr