AZ

Bu ölkədə prezident seçkilərində toqquşma: ölənlər var

Çadda prezident seçkilərində başa çatan səsvermə zamanı bir sıra insidentlər baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Alwihda” portalı məlumat yayıb. Məlumata görə, Çadın ikinci böyük şəhəri Moundouda bir neçə nəfər seçki məntəqələrindən birində səs verməyə cəhd edib. Gələnlərin seçici vəsiqələri olmadığı üçün seçki komissiyasının üzvləri onlara icazə verməyiblər. Gələnlərdən biri səsvermə qutusunun yanındakı insanlara odlu silahla atəş açıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Həmçinin Abeçedə seçki məntəqəsinin mühafizəçisi xəncərlə öldürülüb. Qeyd edək ki, bu seçkilər Çad üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədə 60 ildən artıq müstəqil tarixində hakimiyyət seçki məntəqələrində səsvermə yolu ilə deyil, bir qayda olaraq, hərbi çevrilişlər nəticəsində dəyişib.

Seçkilərin ilkin nəticələri mayın 21-də, yekun nəticələri isə iyunun 5-də açıqlanacaq. Namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplamasa, ikinci turun keçirilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
5
buta.tv

8Mənbələr