AZ

Üç snayperimizdən mübarizəyə davam

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün daha bir dəst medal sahibini tapacaq.

Qadınlar 25 m məsafədən tapança ilə atəş açmada mükafatçıları müəyyənləşdirəcək. Azərbaycan atıcıları dünənki təsnifat mərhələsində mübarizəni dayandırıblar. Xanna Əliyeva 574 xalla 36-cı olub. Zeynəb Sultanova 52-ci (571 xal), Həqiqət Atayeva 54-cü (569 xal), Nigar Nəsirova 60-cı (565 xal), Leyli Əliyeva 66-cı (549 xal) yeri tutub.

Kişilər isə bu növdə təsnifat mərhələsini bu gün başa vuracaq. Azərbaycan yığmasının atıcıları ilk gündən sonra liderlərdən uzaqdır. Ruslan Lunyov 289 xalla 20-ci, İlham Qarayev 275 xalla 50-ci, Cəfər Sultanlı 272 xalla 54-cüdür.

Bu gün qadınların tüfənglə 50 m məsafədən üç vəziyyətdə atəş açma yarışlarında təsnifat mərhələsi baş tutacaq. Azərbaycan bu növdə təmsil olunmayacaq.

Qeyd edək ki, mayın 1-də start götürən Dünya kubokuna ayın 12-də yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
milli.az

2Mənbələr