AZ

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi və “Bakcell” mobil rabitə şirkəti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Mia.az-ın məlumatına görə, Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, Respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir.

Bu ilin aprel ayından etibarən, “Bakcell” doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə sim-kartlar hədiyyə edərək, onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
237
11
mia.az

10Mənbələr