AZ

Paşinyan: "Ermənistan və Azərbaycan noyabra qədər sülh müqaviləsi imzalaya bilər"

Image

Bakı və İrəvan noyabr ayına qədər sülh sazişi imzalaya bilər. Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin, mayın 10-da Almatıda iki ölkənin XİN rəhbərinin görüşünün yekunlarına əsasən irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
377
24
baki-xeber.com

10Mənbələr